• şənbə, 20 Aprel, 01:23
  • Baku Bakı 15°C

Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarı yola düşdü

29.12.18 10:30 509
Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarı yola düşdü
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bu gün Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verib.
Trend-in məlumatına görə, sürət qatarı saat 09:00-da Bakı Dəmiryolu Vağzalından yola düşüb. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edəcək.
Qeyd edək ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var.
banner

Oxşar Xəbərlər