• cümə axşamı, 25 aprel, 18:58
  • Baku Bakı 21°C

"Bakı Formula 1-i bir çox ölkələrdən daha yaxşı təşkil edib"

18.06.16 12:43 988
"Bakı Formula 1-i bir çox ölkələrdən daha yaxşı təşkil edib"
Bunu Trend-ə Bakıya "Formula 1" yarışını izləməyə gəlmiş rusiyalı turist Vladislav Korpenko deyib.
Turist qeyd edib ki, Bakıda "Formula 1" yarışı ölkədə turizmin inkişafına yeni təkan verəcək: "Belə tədbirlər şəhər infrastrukturunu da inkişaf etdirir".
V.Korpenko Bakıya heyran qaldığını deyib: "Bakı gözəl şəhərdir. İnsanlar ünsiyyətcildirlər. Milli təamlarınız, xüsusilə də kabablar çox xoşumuza gəldi".
Qeyd edək ki, iyunun 18-də Bakıda "Formula 1" Avropa Qran Prisinin ikinci günü başlayıb.
Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
banner

Oxşar Xəbərlər