• çərşənbə axşamı, 23 aprel, 12:43
  • Baku Bakı 24°C

Bakı ətrafı qəsəbələrin müəyyən hissəsi yeni avtobuslarla təmin ediləcək

17.06.19 18:15 652
Bakı ətrafı qəsəbələrin müəyyən hissəsi yeni avtobuslarla təmin ediləcək
"Bu ilBakı ətrafı qəsəbələrin avtobus xətlərinin dəyişdirilməsinə üstünlük veriləcək”.
"Report” xəbər verir ki, bunu İTV-yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
V.Kərimli bunun insanların daha rahat nəqliyyat vasitəsi ilə təmin etmək məqsədi daşıdığını qeyd edib:"Amma burada digər məsələ də var. Kompleks tədbirlər görülməlidir. Bura yol infrastrukturu, dayanacaqların quraşdırılması, nişanlanma və s daxildir. Düşünürəm ki, bütün bunlar olduqdan sonra ilin sonuna qədər biz qəsəbələrin müəyyən hissəsini yeni avtobuslarla təmin edəcəyik”.
Xatırladaq ki, BNA-nın yaydığı məlumata görə, bu il avqust ayında Bakıya 300 yeni avtobus gətiriləcək.
banner

Oxşar Xəbərlər