• cümə axşamı, 18 aprel, 13:59
  • Baku Bakı 22°C

Bakı-Ələt-Astara magistralında hərəkət məhdudlaşdırılıb

27.06.13 15:31 1443
Bakı-Ələt-Astara magistralında hərəkət məhdudlaşdırılıb
Şirvan Milli Parkında baş verən yanğınla əlaqədar magistral yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ərazidə xeyli ağacı alov bürüyüb.
Yanğın nəticəsində Bakı-Ələt-Astara magistralında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Qoruqda məskunlaşan ceyranlara təhlükə yaranıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda yanğınsöndürənləri, habelə helikopter cəlb olunub.
Yanğın 100 hektarlarla ərazini əhatə edib.
Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
banner

Oxşar Xəbərlər