• cümə, 26 Aprel, 21:31
  • Baku Bakı 22°C

Bakı Dövlət Universitetinin tələbəsi itkin düşdü

18.11.13 10:14 1177
Bakı Dövlət Universitetinin tələbəsi itkin düşdü
Bakıda tələbə itkin düşüb.
Bu barədə APA-ya itkin düşdüyü bildirilən Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Asim Məmmədovun yaxınları məlumat veriblər. A. Məmmədov şənbə günü evdən internet kluba getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb.
A. Məmmədov mobil telefonunda ”Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının üstünə tabut şəkli yerləşdirib. Onun yaxınları Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edib.
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hazırda A. Məmmədovun tapılması istiqamətində iş aparılır.
A.Məmmədovun yaxınları onun islamazeri.az saytında ştatdankənar müxbir işlədiyini, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olduğunu bildiriblər.
banner

Oxşar Xəbərlər