Bakı Dövlət Universitetində “Məzun günü” keçirilib - Fotolar
Bakı Dövlət Universitetində Məzun günü keçirilib. Tədbir
beynəlxalq tələbə himni olan "Qaudames”-in oxunması ilə elan olunub və məzunlar «Universitetim»
şeirini ifa ediblər. Rektor, akademik Abel Məhərrəmov bu əlamətdar gün
münasibətilə məzunları təbrik edib. Qeyd
edib ki, ümummilli lider Heydər Əliyevin məzunu olduğu Bak Dövlət
Universitetini bitirmək böyük xoşbəxtlik və səadətdir. Bu il universiteti
4000-dək məzunun bitirdiyini, onlardan təxminən 400 nəfərinin fərqlənmə
diplomuna layiq görüldüyünü bildirən rektorun sözlərindən məlum olub ki, BDU məzunları
bu il də magistratura imtahanlarında yüksək göstəricilərə malik olub, bu ali məktəb
dünya universtitetlərinin reytinqini müəyyənləşdirən "QS World University
Rankings 2015/2016” reytinqində 701+, "QS Quacquarelli Symonds LTD” təşkilatının
reytinqində isə 88-ci yerdə yerdə qərarlaşıb.
Sonra universitetin 17 fakültəsinin hər birindən fərqlənmə
diplomuna layiq görülmüş iki məzuna dipomlar təqim edildikdən sonra rektorun
onların valideynlərinə ünvanlandığı təşəkkür məktubu, eyni zamanda tələbə andı
oxunub. Rektor və tələbələr üzərinə "Məzun-2016" yazılmış şarı havaya
buraxıblar. Bununla da rəsmi hissə bağlı elan olunub.
Tədbir konsert proqramı ilə davam edib.