AZE | RUS | ENG |


Bakı doqquzuncu dəfə Beynəlxalq Rostropoviç Festivalına ev sahibliyi edəcək

Bakı doqquzuncu dəfə Beynəlxalq Rostropoviç Festivalına ev sahibliyi edəcək
Aprelin 23-dən 27-dək Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda IX Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək.

Festival Azərbaycan Prezidentinin "Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalda xarici ölkələrdən dünya şöhrətli musiqiçi və kollektivlər - Rusiyanın əməkdar kollektivi Sankt-Peterburq Akademik Simfonik Orkestri, "Vyana-Berlin” Kamera Orkestri, "Drezden Ştaatskapella”, SSRİ Xalq Artisti Yuri Temirkanov və başqaları iştirak edəcəklər.

Festivala aprelin 23-də filarmoniyada Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə start veriləcək.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6864
GBP 1 İngilis funt sterlinqi 2.3097
TRY 1 Türk lirəsi 0.4864
KWD 1 Küveyt dinarı 5.6438
SEK 1 İsveç kronu 0.2135
EUR 1 Avro 2.0342
CHF 1 İsveçrə frankı 1.7578
USD 1 ABŞ dolları 1.7008