Bakı Dəmir Yol Vağzalı dekabrda açılacaq
"Bakı Dəmir Yol Vağzalı 2016-cı ilin dekabrında açılacaq".Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.Onun sözlərinə görə, vağzalda biletlərin satışı ASAN xidməti vasitəsilə həyata keçiriləcək: "Vağzalın ikinci mərtəbəsində ticarət mərkəzi olacaq, mağazalar tender əsasında seçiləcək".