• cümə, 19 Aprel, 11:21
  • Baku Bakı 13°C

Bakı dəhşətləri: bir gündə üç intihar

27.05.13 08:44 1873
Bakı dəhşətləri: bir gündə üç intihar
Nərimanov Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, birinci hadisə Həsənoğlu küçəsi 16, mənzil 12 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1990-cı il təvəllüdlü Cəlilova Könül Vahid qızı özün asaraq intihar edib.
Digər hadisə Nərimanov rayonunda yerləşən 69 saylı uşaq bağçasının həyətində qeydə alınıb. 1973-cü il təvəllüdlü Zöhrab Eldar oğlu Musayev bağçanın həyətində özünü ağacdan asaraq intihar edib.
Üçüncü hadisə Səbail rayonu Bayıl qəsəbəsi, Litvin Babayev küçəsi 65 ünvanında qeydə alınıb. Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, həmin ünvanda yaşan yaşayan, 1928-ci il təvəllüdlü Qriqori Yuzev Efimoviç özünü yaşadığı mənzilin pəncərəsindəki metal qoruyucudan asıb.
banner

Oxşar Xəbərlər