• cümə, 26 Aprel, 14:45
  • Baku Bakı 23°C

Bakı Dairəvi yolu tam bağlandı

29.05.14 08:39 989
Bakı Dairəvi yolu tam bağlandı
Bununla bağlı "APA-Economics"ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev açıqlama verib.
Onun sözlərinə görə, qeyd olunan yolun tam bağlanması nəzərdə tutulmasa da, bu addım məcburən atılıb: “Bəzi sürücülərin yüksək sürətlə hərəkət etməsi, o cümlədən bəzi sürücülərin səriştəsizliyi həmin ərazidə qəzaların yaranmasına gətirib çıxardı. Buna görə də biz qərara aldıq ki, gediş hissəni tam bağlayaq”.
“Azəryolsevis” rəsmisi sürücülərdən Xocasən-Lökbatan yolundan istifadə etmələrini tövsiyə edib: “Sürücülərin çoxu bildirirlər ki, gedərkən “Sədərək” ticarət mərkəzinin daxili yolundan istifadə edərək, 50 qəpik ödəniş edirlər. Lakin biz onlara alternativ yol kimi Xocasən-Lökbatan yolundan istifadə etmələrini tövsiyə edirik. Belə ki, həmin yolda sürücülər Lökbatan istiqamətindən aşağı düşüb, dairəvi qovşaqla düz hərəkət etməklə Lökbatan-Xocasən yoluna çıxa və Astara-Qazax istiqamətində yollarına davam edə bilərlər. “Sədərək” ticarət mərkəzinin yoluna keçməyə ehtiyac yoxdur”.
banner

Oxşar Xəbərlər