• cümə, 29 Mart, 13:23
  • Baku Bakı 14°C

Bakı Bulvarı gücləndirilmiş iş rejiminə keçir

23.12.13 09:23 1552
Bakı Bulvarı gücləndirilmiş iş rejiminə keçir
Yeni il şənlikləri ilə əlaqədar Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejiminə keçir. Bu barədə Trend-ə İdarənin rəis müavini Nazim Məcidov bildirib.
Onun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsi 28 dekabr 2013-cü ildən 2 yanvar 2014-cü ilədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Həmin günlərdə bulvarda istirahət edən və şənlənən vətəndaşların təhlükəsizliyinin qorunması üçün əlavə tədbirlər görüləcək.
N.Məcidov əlavə edib ki, Yeni il şənlikləri ilə əlaqədar dekabrın 25-dən etibarən Bakı Bulvarında 10 yerdə yolka bəzədiləcək. Hər bir ağacın yanında isə bir Şaxta Baba və Qar Qız olacaq: "Yeni il ərəfəsində başqa yeniliklərin də olacağı gözlənilir. Amma hələlik bu barədə məlumat vermirik ki, sakinlər üçün sürpriz olsun".
Uşaqlar üçün pulsuz attraksionların və digər əyləncələrin təşkili məsələsinə gəlincə, N.Məcidov qeyd edib ki, bununla bağlı hələlik yekun qərar verilməyib: "Ola bilsin ki, uşaqlar üçün pulsuz əyləncə aksiyası Yeni il ərəfəsində deyil, yanvar ayında olsun".
banner

Oxşar Xəbərlər