Bakı Biznes Mərkəzində mətbuat konfransı keçirilib
18
dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində
İqtisadiyyat Nazirliyinin dəstəyi və
AZPROMO-nun təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliyinin Dubay və Səudiyyə Ərəbistanın
Ciddə şəhərinə təşkil edilmiş ixrac missiyalarının yekunlarına həsr
olunmuş mətbuat konfransı keçirilib.
KİV
nümayəndələrinin diqqətinə çatdırılıb ki, "Made in Azerbaijan"
brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 3-7 dekabr
tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə və 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərinə ixrac missiyaları təşkil edilib.
Dubay şəhərinə təşkil
olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə
şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə,
konservləşdirilmiş məhsullar, ət və ət məhsulları, bal, çay, süd və süd
məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edib.
Missiya çərçivəsində meyvə-tərəvəz
istehsalı və ixracı sahəsində fəaliyyət göstərən şirkətlərimiz Yaxın Şərq ölkələrində
ən iri meyvə-tərəvəz sərgisi olan "WOP Dubai"də də iştirak ediblər. Sərgi
çərçivəsində "Azərbaycanın meyvə-tərəvəz məhsularının ixrac
potensialı" mövzusunda seminar keçirilib. Seminarda xarici sahibkarlara rəqabətqabiliyyətli
və ixracyönümlü məhsullarımız, "Made in Azerbaijan" brendinin təşviqi
məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verilib, ixrac
missiyasında iştirak edən şirkətlərin fəaliyyətləri barədə təqdimatlar keçirilib.
Sərgidə Azərbaycan məhsulları nümayiş olunub. Meyvə-tərəvəz məhsullarımız tədbir
iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan meyvələrinin
Hindistana ixracına dair razılıq əldə edilib.
İxrac missiyası çərçivəsində
keçirilən görüşlərdə də bir sıra uğurlu nəticələr əldə edilib. Görüşlər zamanı
Azərbaycanın "Brightman BMC" şirkəti konservləşdirilmiş məhsulların
BƏƏ ölkələrinə və Banqladeşə ixracına dair "Al-maya" və
"Lulu" marketlər şəbəkələri və "Al-Ghamdi" trading şirkəti
ilə ilkin razılıq əldə edib. "Sunfood" şirkəti nar şirəsinin və
çayın, "Səba" ət məhsullarının, "Kerkom" və "Azəri-bal"
şirkətləri isə balın BƏƏ-yə ixracına dair "Al-maya",
"Lulu", "Al-Qudva" marketlər şəbəkələri ilə danışıqlara
başlayıblar. "Az-Granata" şirkəti nar şirəsinin Dubaya ixracına dair
ilkin razılığa gəlib. Bundan başqa, Azərbaycanın "Azprotein" şirkəti BƏƏ-nin
"Al-Tayeb" pərakəndə və topdansatış distributor şirkəti və
"Choitrams" marketlər şəbəkəsi ilə ət məhsullarının BƏƏ və digər Körfəz
ölkələrinə ixracına dair razılıq əldə edib.
Mətbuat konfransında diqqətə
çatdırılıb ki, 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil
olunmuş ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə şirələri, quru meyvə,
konserləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və
emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak
ediblər.
İxrac missiyası çərçivəsində
sahibkarlar AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsinin
birgə təşkilatçılığı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak ediblər.
Görüşlərdə yerli məhsullarımız barədə məlumat verilib, məhsullarımızın market və
bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunub.
Görüşlərdə Azərbaycan məhsullarına,
xüsusi ilə bal, ət və süd məhsullarına böyük maraq göstərilib. İkitərfəli
görüşlər zamanı Azərbaycanın
"Kerkom" şirkəti Azərbaycan balının,
"Aqro-MTS" şirkəti isə ət məhsullarının Səudiyyə Ərəbistanına ixracı
ilə bağlı bir neçə distributor şirkətləri ilə danışıqlara başlayıblar.
"Milk-Pro" şirkəti isə "Sunbulah Group" distributor şirkəti
ilə süd məhsullarının ixracına dair danışıqlar aparır.
İxrac missiyaları çərçivəsində
missiya iştirakçıları həmçinin, bazar və iri marketlər şəbəkələrində olublar.
Mətbuat
konfransında həmçinin, "Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı 2018-ci
ildə nəzərdə tutulan tədbirlər barədə də məlumat verilib.