• cümə, 29 Mart, 12:48
  • Baku Bakı 14°C

Bakı Bələdiyyə Teatrının 25 illiyi qeyd olunub

30.01.18 20:50 867
Bakı Bələdiyyə Teatrının 25 illiyi qeyd olunub
Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin "Söz” ədəbi layihəsinin növbəti tədbiri çərçivəsində Bakı Bələdiyyə Teatrının 25 illiyi qeyd olunub.
AZƏRTACxəbər verir ki, Muzey Mərkəzində təşkil olun tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Əvvəlcə teatrın fəaliyyətinin 25 illiyinə dair videoçarx nümayiş olunub. Sonra teatrın yaradıcı heyəti sənət ocağının tarixindən, səhnəyə qoyduğu tamaşalardan söz açıb. Tədbirdə tamaşalardan fraqmentlər nümayiş etdirilib, teatrın aparıcı artistlərinin ifasında şeir və mahnılar səsləndirilib.
banner

Oxşar Xəbərlər