• şənbə, 20 Aprel, 03:54
  • Baku Bakı 15°C

Bakı Avtovağzalında şok anlar

13.09.13 14:11 1354
Bakı Avtovağzalında şok anlar
Bu gün Bakının Binəqədi rayonu ərazisində, Beynəlxalq Avtovağzalda 30 yaşlı qadın özünü öldürmək istəyib. Hüquq-mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, 1983-cü il təvəllüdlü Valida Cavaşova özünü öldürmək məqsədilə kimyəvi məhlul içib. Qadın huşsuz vəziyyətdə avtovağzalın içindən tapılıb. Dərhal hadisə yerinə təcili yardım çağrılıb. Qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Hazırda qadının hansı səbəbdən intihar etmək istəməsi araşdırılır.
banner

Oxşar Xəbərlər