• cümə, 29 Mart, 19:51
  • Baku Bakı 14°C

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işdən çıxarıldı

28.10.13 12:52 1554
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işdən çıxarıldı
Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, iclasda Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edib.
MHŞ sədri İlham Əliyevi yenidən ölkə prezidenti seçməklə Azərbaycanın şərəfli tarixində növbəti uğura imza atdığını, davamlı və dinamik inkişafa etibarlı təminat əldə etdiyini bildirib.
Şurada son illər həyata keçirilən mütərəqqi məhkəmə islahatının ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərməsi, bir çox nöqsan və neqativ halların qarşısının qətiyyətlə alınması bildirilib, hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə, kobud qanun pozuntularına, habelə korrupsiyaya şərait yaradan hallara, hakim etikasının pozulmasına görə təkcə son üç ildə 30 hakimin məhkəmə sistemindən kənarlaşdırılması vurğulanıb.
Eyni zamanda dövlət başçısının andiçmə mərasimində proqram xarakterli çıxışı zamanı ölkənin gələcək inkişafı naminə qarşıda qoyduğu mühüm məsələlər və bu sahədə MHŞ-nın vəzifələri müzakirə edilib, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, hakimlər tərəfindən Etik Davranış Kodeksinin tələblərinə dönmədən əməl edilməsi, vətəndaşlara daim qayğılı münasibət göstərilməsi və onların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması üzrə əlavə tədbirlər müəyyən olunub.
Həmçinin, iclasda MHŞ-nin 04.09.2013-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev barədə başlanılmış intizam icraatına baxılıb, kobud qanun pozuntularına, korrupsiyaya şərait yaradan hallara, etik davranış kodeksinin tələblərini pozmaqla, ədalət mühakiməsinin nüfuzuna və hakimin yüksək adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə onun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.
banner

Oxşar Xəbərlər