• cümə axşamı, 28 mart, 22:05
  • Baku Bakı 13°C

“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının yeni loqosu təqdim edildi

21.07.18 13:21 829
“Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının yeni loqosu təqdim edildi
Bu gündən etibarən 2019-cu il, 21 iyul tarixində Bakı şəhərində keçiriləcək 15-ci Yay Avropa Gənclər Olimpiya Festivalının açılış mərasiminə rəsmi geriyə sayım başlayır. Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq "Bakı 2019” Avropa Gənclər Olimpiya Festivalının (AGOF) Təşkilat Komitəsi tərəfindən "Bakı 2019” AGOF-un rəsmi emblemi təqdim edilib.
"Leo Burnett” adlı brend agentliyinin dizaynerlərindən ibarət yerli heyətin tərtib etdiyi bu emblem dostluq, ədalətli oyun və tolerantlıq ruhunu gücləndirən müasir, dinamik və çevik brendi əks etdirir. Brendin əsas məqsədi beynəlxalq idman yarışlarına ev sahibliyi edən ölkənin, şəhərin qədim mədəniyyətini, tarixini əks etdirmək, eyni zamanda,gələn il baş tutacaq idman yarışının bundan öncəkilərlə müqaisədə fərqini nümayiş etdirmək və milyonlarla insanı bir araya gətirən idman tədbirində "bax və hiss et ” şüarını nümayiş etdirməkdir.
"Bakı 2019” AGOF-un emblemi Bakının irs və mədəniyyətini ("od” və qədim Azərbaycan naxışı olan "buta”-nı), bununla yanaşı, birlik və dostluq konsepsiyalarını birləşdirən möhtəşəm müasir memarlıq nümunələrini ("Alov Qüllələri” və "Heydər Əliyev Mərkəzi”ni) özündə əks etdirir. Parlaq rəngləri canlandıran bu loqo yarışlara qatılacaq hər bir iştirakçının müsbət enerjisi və Bakının çoxşaxəli gözəlliyini təsvir etdirən əhatəli çalarlar palitrasından ibarətdir.
Azərbaycan Respublikasının gənclər və idman naziri və "Bakı 2019” Təşkilat Komitəsinin sədr müavini Azad Rəhimov bildirib: "Təqdim etdiyimiz bu emblem Azərbaycan mədəniyyətinin təzahürü olmaqla yanaşı, eyni zamanda, Avropa Olimpiya hərəkatının əsl ruhunu və bütün dünyanı ilhamlandıran, milyonlarla insanı bir araya gətirməyi bacaran idmanda qalibiyyət uğrunda mübarizəni əks etdirir. Böyük idman ənənəsi olan, bir çox mötəbər yarışlara yüksək səviyyədə ev sahibiyi edən Azərbaycan, Avropanın gənc atletlərini Bakıda salamlamağı səbirsizliklə gözləyir”.
banner

Oxşar Xəbərlər