• cümə axşamı, 25 aprel, 18:49
  • Baku Bakı 21°C

“Bakı-2017”: VIII gün

20.05.17 23:56 914
“Bakı-2017”: VIII gün
Mayın 20-də - "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının səkkizinci günündə Azərbaycan medal siyahısında liderliyi davam etdirir. Azərbaycan milli komandasının hesabında hazırda 134 medal (66 qızıl, 39 gümüş və 29 bürünc) var.
AZƏRTACxəbər verir ki, gün ərzində Azərbaycan idmançıları 10 medal qazanıblar. Bu medallardan 3-ü qızıl, 4-ü gümüş, 3-ü bürüncdür. Milli komandamızın aktivinə ən çox medalı sərbəst güləşçilərimiz yazdırıblar. Sərbəst güləş yarışlarının ikinci günündə pəhləvanlarımız 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.
İslamiadanın səkkizinci günündə aktivinə 10 medal (4 qızıl, 2 gümüş və 4 bürünc) yazdıran Türkiyə ikinci sıradadır. Hazırda Türkiyə yığmasının hesabında 172 medal (65-58-49) var.
Üçüncü sırada qərarlaşan İran idmançıları İslamiadada 82 medal (24-25-33) əldə ediblər. Oyunların səkkizinci günündə iranlı atletlər 8 medal (4-1-3) qazanıblar.
Özbəkistan milli komandası gün ərzində 1 qızıl və 2 bürünc medal əldə edib. Hazırda siyahıda dördüncü yerdə qərarlaşan Özbəkistanın hesabında 60 medal (15-15-30) var.
İslamiadanın səkkizinci günündə aktivinə 3 qızıl, 1 gümüş və 1 bürünc medal əlavə edən Bəhreyn beşinci pillədəki yerini möhkəmləndirib. Bu ölkə Oyunlarda aktivinə 21 medal (12-5-4) yazdırıb.
Ümumilikdə səkkiz gün ərzində 37 ölkənin idmançıları medal qazana biliblər.
banner

Oxşar Xəbərlər