• cümə, 19 Aprel, 08:31
  • Baku Bakı 13°C

Bakı-2017: Milli komandamızın bağlanış mərasimindəki bayraqdarı müəyyənləşib

21.05.17 10:50 1092
Bakı-2017: Milli komandamızın bağlanış mərasimindəki bayraqdarı müəyyənləşib
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan milli komandasının bayraqdarı cüdoçu Elxan Məmmədov olacaq.
Trend-in məlumatına görə, Dünya və Avropa çempionu Elxan Məmmədov "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında ölkəmizin aktivinə 20-ci qızıl medalı yazdırıb. O, həmçinin "Bakı-2017”də kişilər arasında cüdo üzrə komanda yarışında Azərbaycan millisinin heyətində İslamiadanın çempionu olub.
Elxan Məmmədov Azərbaycanı digər beynəlxalq yarışlarda da layiqincə təmsil edib.
Xatırladaq ki, İslamiadanın açılış mərasimində yığma komandasının bayraqdarı karate üzrə beşqat dünya, onqat Avropa, IV İslam Həmrəyliyi Oyunlarının ikiqat çempionu Rafael Ağayev olub.
banner

Oxşar Xəbərlər