• cümə, 29 Mart, 11:26
  • Baku Bakı 5°C

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları başa çatır

22.05.17 10:00 1163
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları başa çatır
Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları başa çatacaq.
Trend-in məlumatına görə, bağlanış mərasimindən əvvəl - son yarış günündə stolüstü tennis komandalarının final görüşləri keçiriləcək. Qadınlardan ibarət millimiz finalda İran yığması ilə qarşılaşacaq.
10:00 - 15:30
Kişilər komanda - final
Kişilər komanda - medal mərasimi
Qadınlar komanda - final
Qadınlar komanda - medal mərasimi
X X X
Tennis turnirində fərdi yarışların qalibləri müəyyənləşəcək.
10:00 - 16:00
Kişilər fərdi - finallar
Kişilər fərdi - medal mərasimi
Qadınlar fərdi - finallar
Qadınlar fərdi - medal mərasimi
X X X
Uşu yarışında ən güclülər məlum olacaq. Üçqat Avropa çempionumuz Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq) və Vüqar Kərəmov (70 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.
11:00 - 13:40
Kişilər 48 kq
Kişilər 52 kq
Kişilər 56 kq
Kişilər 60 kq
Kişilər 65 kq
Kişilər 70 kq
Kişilər 75 kq
Qeyd edək ki, mayın 8-də başlayan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşır. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
banner

Oxşar Xəbərlər