• cümə axşamı, 28 mart, 23:44
  • Baku Bakı 13°C

“Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına Dəstək Olaq!” adlı ağacəkmə aksiyası keçirilib - Fotolar

09.05.17 20:44 1705
“Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına Dəstək Olaq!” adlı ağacəkmə aksiyası keçirilib - Fotolar
Binəqədi rayon İcra hakimiyyəti və İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində "Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına Dəstək Olaq!” adlı ağacəkmə aksiyası keçirilib. Rayonun Biləcəri qəsəbəsində yerləşən Stend atıcılığı mərkəzinin yaxınlığında gerçəkləşən ağacəkmə aksiyası Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər v əlayihələrin davamı olaraq uğurla həyata keçirilib. Aksiya zamanı ümumilikdə 500 ədəd zeytun, şam ağacı, kiparis və leylandra ağacları əkilib və onlara qulluq göstərilib.

Ağacəkmə aksiyasında "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının maskotları vəkönüllülər də iştirak edərək aksiyaya rəngarənglik qatıblar. O cümlədən, Binəqədi rayonu, 297 saylı məktəbin şagirdləri tərəfindən flaşmob nümayiş etdirilib və "Bakı- 2017” yazısı yazılıb. Daha sonra gənclərlə görüş keçirilib.

Çay süfrəsi ətrafında başlanan görüşü açıq elan edən Binəqədi İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov belə bir tədbirin "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutduğunun əhəmiyyətindən danışıb və bildirib ki, gənclər hər zaman dövlətimizin gələcəyi hesab edilir. Natiq bildirib ki, gənclik böyük qüvvədir və müstəqilliyimizin qorunub saxlanılmasının, gələcəyimizin qarantıdır. Ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlətin keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Ölkəmizdə bu işin hər zaman yüksək səviyyədə təşkil edildiyini bildirən rayon rəhbəri bu gün gənclərə dövlət başçısı tərəfindən verilən diqqətin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. O, əminliklə bildirib ki, Azərbaycan gəncliyi özünün böyük qüvvə olduğunu artıq sübut edib. Qeyd edib ki, Gəncliyin ölkə başcısı İlham Əliyevin ətrafında sıx birləşməsi ilə Azərbaycan daha böyük uğurlara imza atacaqdır.

Daha sonra çıxış edən "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov bildirib ki, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına 6 gün qalmış belə bir görüşün keçirilməsi olduqca təqdirəlayiqdir. Məhz buna görə iştirakçılara təşəkkür edən E.Səfərov oyunlarda könüllü gənclərin rolunun olduqca böyük olmasını diqqətə çatdırıb. Natiq qeyd edib ki, Avropa oyunlarında olduğu kimi "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları da gənclərin həmrəyliyi ilə birlikdə möhtəşəm anlar ilə tarixə yazılacaqdır.

Çıxışlardan sonra görüş gənclərin qarşılıqlı müzakirəsi və sualları ətrafında davam edib, gənclər dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan danışaraq, ölkə başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Səmimi keçən görüşdə Bakı – 2017 İslam Həmrəyliyi Oyunlarını əks etdirən tort kəsilib, xatirə fotosu çəkilib.




banner

Oxşar Xəbərlər