“Bakı-2017 İslam Həmrəyliyi Oyunlarına Dəstək Olaq!” adlı ağacəkmə aksiyası keçirilib - Fotolar
Binəqədi rayon İcra hakimiyyəti və İslam Həmrəyliyi
Oyunları Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində "Bakı-2017 İslam Həmrəyliyi
Oyunlarına Dəstək Olaq!” adlı ağacəkmə aksiyası keçirilib. Rayonun Biləcəri qəsəbəsində
yerləşən Stend atıcılığı mərkəzinin yaxınlığında gerçəkləşən ağacəkmə aksiyası Heydər
Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təbiətin
və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı
tədbirlər v əlayihələrin davamı olaraq uğurla həyata keçirilib. Aksiya zamanı
ümumilikdə 500 ədəd zeytun, şam ağacı, kiparis və leylandra ağacları əkilib və
onlara qulluq göstərilib.
Ağacəkmə aksiyasında "Bakı-2017” IV İslam Həmrəyliyi
Oyunlarının maskotları vəkönüllülər də iştirak edərək aksiyaya rəngarənglik
qatıblar. O cümlədən, Binəqədi rayonu, 297
saylı məktəbin şagirdləri tərəfindən flaşmob nümayiş etdirilib və "Bakı- 2017”
yazısı yazılıb. Daha sonra gənclərlə görüş keçirilib.
Çay
süfrəsi ətrafında başlanan görüşü açıq elan edən Binəqədi İcra Hakimiyyətinin
başçısı Xaləddin İsgəndərov belə
bir tədbirin "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində
baş tutduğunun əhəmiyyətindən danışıb və bildirib ki, gənclər hər zaman dövlətimizin
gələcəyi hesab edilir. Natiq bildirib ki, gənclik böyük qüvvədir və müstəqilliyimizin qorunub
saxlanılmasının, gələcəyimizin qarantıdır. Ölkəmizdə gəncliyin inkişafı,
gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlətin
keçirilməsi dövlət siyasətinin prioritetlərindəndir. Ölkəmizdə bu işin hər zaman yüksək səviyyədə təşkil
edildiyini bildirən rayon rəhbəri bu gün gənclərə dövlət başçısı tərəfindən
verilən diqqətin yüksək səviyyədə olduğunu nəzərə çatdırıb. O, əminliklə
bildirib ki, Azərbaycan gəncliyi özünün böyük qüvvə olduğunu artıq
sübut edib. Qeyd edib ki, Gəncliyin ölkə başcısı İlham Əliyevin ətrafında
sıx birləşməsi ilə Azərbaycan daha böyük uğurlara imza atacaqdır.
Daha
sonra çıxış edən "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin
korporativ direktoru Elçin
Səfərov bildirib ki, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına 6 gün
qalmış belə bir görüşün keçirilməsi olduqca təqdirəlayiqdir. Məhz buna görə iştirakçılara
təşəkkür edən E.Səfərov oyunlarda könüllü gənclərin rolunun olduqca böyük
olmasını diqqətə çatdırıb. Natiq qeyd edib ki, Avropa oyunlarında olduğu kimi
"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları da gənclərin həmrəyliyi ilə birlikdə
möhtəşəm anlar ilə tarixə yazılacaqdır.
Çıxışlardan
sonra görüş gənclərin qarşılıqlı müzakirəsi və sualları ətrafında
davam edib, gənclər dövlətimizin onlara göstərdiyi diqqət və qayğıdan danışaraq, ölkə başçısı İlham Əliyevə təşəkkürlərini
bildiriblər.
Səmimi keçən görüşdə Bakı – 2017 İslam Həmrəyliyi
Oyunlarını əks etdirən tort kəsilib, xatirə fotosu çəkilib.