• şənbə, 20 Aprel, 12:18
  • Baku Bakı 23°C

Bakı-2017: Güləş və stolüstü tennis yarışları başlayır

17.05.17 10:10 1171
Bakı-2017: Güləş və stolüstü tennis yarışları başlayır
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının 10-cu gününə start verilir.
Trend-in məlumatına görə, bu gün atletika yarışları davam edəcək. Kişilər 200, 400 və 800 m məsafəyə qaçış, 110 m sədlərlə qaçış, lövhə atma və üç təkanla tullanma, qadın idmançılar isə 200, 800 m məsafəyə qaçış, 3000 m maneələrlə qaçış, nüvə itələmə və şüvüllə tullanma üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
X X X
Boksçuların mübarizəsində finalçılar müəyyənləşəcək. Azərbaycanı yarımfinal görüşlərində Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edəcəklər.
banner

Oxşar Xəbərlər