• çərşənbə, 24 Aprel, 04:31
  • Baku Bakı 14°C

“Bakı 2015”in marşrut avtobusları xəttə buraxıldı

24.12.14 10:29 1651
“Bakı 2015”in marşrut avtobusları xəttə buraxıldı
Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta gətirilən yeni avtobuslar bu gün sərnişinlərin xidmətinə verilib.
“APA-Economics”in xəbərinə görə, artıq 25 ədəd Türkiyə istehsalı olan “İsuzu” markalı avtobuslar 65 saylı xətt marşrutu üzrə (9-cu mikrorayondan “Azneft” meydanı istiqamətində) hərəkət edirlər.
Digər 25 ədəd avtobus isə yaxın günlərdə 61 saylı marşrut üzrə xəttə buraxılacaq.
Qeyd edək ki, müasir standartlara cavab verən nəqliyyat vasitələri 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir.
Avtobusları Azərbaycana gətirən özəl şirkət ümumilikdə 200 avtobusun gətirilməsini nəzərdə tutur.
banner

Oxşar Xəbərlər