• cümə, 19 Aprel, 16:22
  • Baku Bakı 25°C

Bakı-2015: Yunan-Roma güləşçilərinin mübarizəsi başlayır

13.06.15 10:16 1356
Bakı-2015: Yunan-Roma güləşçilərinin mübarizəsi başlayır
Bu gün Bakı-2015 I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilir.
Apasport.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman Arenasında baş tutacaq ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində mükafatçıların adına aydınlıq gələcək. Azərbaycan millisi bütün çəkilərdə təmsil olunduğundan 4 pəhləvanımız xalçaya çıxacaq.
Yunan-Roma güləşi
59 kq
Bu çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edəcək. Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşəcək. Onun döyüşü 10:49-da başlayacaq.
71 kq
71 kq çəki dərəcəsində güləşəcək Rəsul Çunayev də yarışa 1/8 finaldan start verəcək. Universiadanın qalibi, dünya və Avropa çempionatının mükafatçısı saat 11:03-də başlayacaq görüşdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gələcək.
80 kq
Digər 2 təmsilçilərimiz kimi ilk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirəcək. Avropa çempionatının, Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı 11:24-də Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirəcək.
98 kq
Güləşçilərimizdən mübarizəyə öncə Orxan Nuriyev qoşulacaq. Baş məşqçi Cəmşid Xeyrabadinin böyük ümid bəslədiyi idmançımız təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşacaq. O, xalçaya 10:35-də çıxacaq.
Qeyd edək ki, güləş yarışlarına saat 10:00-da start verilib.
banner

Oxşar Xəbərlər