• cümə axşamı, 28 mart, 17:30
  • Baku Bakı 16°C

“Bakı 2015” paradı keçiriləcək

07.07.15 12:46 1738
“Bakı 2015” paradı keçiriləcək
İyulun 12-də Bakı-2015 I Avropa Oyunlarının könüllülərinə və Azərbaycan milli yığmasının idmançılarına həsr olunmuş xüsusi tədbir keçiriləcək.

APA-nın xəbərinə görə, tədbir Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Bakı-2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin təşəbbüsü ilə baş tutacaq.
“Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında baş tutacaq tədbir iki hissədən ibarət olacaq. Tədbirin birinci hissəsində Azərbaycan millisinin idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə “Bakı 2015” paradı baş tutacaq. Parad saat 20.00-da Əl Oyunları Sarayından başlayaraq Dənizkənarı Milli Parkda, “Saat qülləsi”nin yanında yekunlaşacaq.
“Bakı 2015” paradı xüsusi konsert proqramı ilə davam edəcək. “Bakı 2015 Avropa Oyunları”nın könüllülərinə və Azərbaycan millisinin idmançılarına həsr olunmuş konsert proqramı saat 21.00-da “Saat qülləsi”nin yanında başlayacaq və müğənnilərin iştirakı ilə davam edəcək.
banner

Oxşar Xəbərlər