• çərşənbə, 24 Aprel, 13:14
  • Baku Bakı 27°C

“Bakı-2015“ Olimpiya Stadionunu sınaqdan keçirəcək

07.05.15 12:27 1201
“Bakı-2015“ Olimpiya Stadionunu sınaqdan keçirəcək
"Bakı- 2015" iyunun 12-də start götürəcək Avropa Oyunlarından öncə, mayın 9-da Olimpiya Stadionunun hazırlıq vəziyyətini sınaqdan keçirəcək.
Lent.az-ın məlumatına görə, ictimaiyyət üçün qapalı olan tədbir son həftələrdə arenalarda baş tutmuş oxşar təşəbbüslərin sonuncusudur.
Mayın 9-da saat 12:00-dan 19:00-a qədər Bakı Olimpiya Stadionuna yaxın ərazilərə getmək istəyən və ya bu zonada ictimai nəqliyyatdan istifadə edəcək sakinlərin nəzərinə çatdırılıb ki, həmin saatlarda bu ərazidən keçən yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar olaraq avtobus və metro nəqliyyatında sərnişinlərin sayının artacağı gözlənilir.
banner

Oxşar Xəbərlər