• cümə axşamı, 28 mart, 13:05
  • Baku Bakı 16°C

Bakı-2015: Britaniya mətbuatında qısqanclıq sindromu

13.06.15 19:38 1282
Bakı-2015: Britaniya mətbuatında qısqanclıq sindromu
Avropanın və dünyann tanınmış idman kanalları, "Anadolu" və "TASS" agentlikləri başda olmaqla onlarla sayt və portal Avropa Oyunlarının açılış mərasimindən geniş reportajlar təqdim etdilər.
Açılış mərasimindən yazan əcnəbi media Bakı Olimpiya stadionunda Azərbaycanın milli mədəniyyətinin yüksək səviyyədə nümayiş olunduğunu bildirir və möhtəşəm şoudan heyrətləndiklərini etiraf edirlər. Habelə xəbərlərdə nüfuzlu dövlət və hökümət başçılarının Avropa Oyunlarının açılış mərasimində iştirak etməsi də xüsusi vurğulanırdı.
Yalnız Böyük Britaniyanın nüfuzlu media orqanlarından savayı. Onlar bu idman yarışını obyektiv və qərəzsiz işıqlandırmaq sahəsində sözün əsl mənasında sinifdə qaldılar.
Dünyaya gözəl mesaj verən açılış mərasimi bitər-bitməz Britaniyanın BBC, "The Guardian", "Daily Telegraph", "The Daily Mail" "The İndependent", "Sundi Times" və sair media orqanlarında Azərbaycan əleyhinə qərəzli və əsassız iddialarla dolu materiallar yer aldı. Bütün yazıların mövzusu da Birinci Avropa Oyunlarına, idman infrastrukturlarının inşasına çəkilən xərclərdə guya israfçılığa yol verilməsi, ölkədə söz-mətbuat, fikir azadlığının olmaması, demokratik dəyərlərə önəm verilməməsi, siyasi fəalların, jurnalistlərin həbsi və sair oldu. İlk baxışda əsl qərəzli simasını hamıya nümayiş etdirən Britaniya mediası növbəti dəfə sanki Azərbaycana geridə qalmış , vəhşi və anti-demokratik bir dövlət libası geyindirməyə hər vəchlə cəhd edir. Əslində həmin media orqanlarının hədəfi və istəyi məlumdur. Daim anti-türk, anti-islam mövqeyindən çıxış edən Britaniya mediası sanki Azərbaycanın əldə etdiyi bu uğuru həzm edə bilmir , ən sadə qısqanclıq hissi ilə yanaşır. Zarafat deyil, Bakıdakı İlk Avropa Oyunları dünənki açılış mərasimi ilə əvvəl həyata keçirilən Olimpiya oyunlarına ciddi şəkildə meydan oxudu.
Öz kreativ ssenari quruluşunun hətta bir sıra parametrlərinə görə bundan əvvəl baş tutan Olimpiya oyunlarının açılış mərasimlərini də üstələdi. Bütün bu hadisələri ümumiləşdirsək , ölkəmizi ən müxtəlif bəhanələrlə tənqid edən, şər-böhtan tipli müxtəlif yazılara səhifələrində geniş yer verən, "demokratiya" və "insan hüquqlarını" əlində bayraq edərək Azərbaycanı qaralayan Böyük Britaniya mətbuatı bir daha xüsusi tapşırıq əsasında fəaliyyət göstərdiyini isbatladı.
banner

Oxşar Xəbərlər