• şənbə, 20 Aprel, 17:39
  • Baku Bakı 23°C

Bakı-2015: Azərbaycana gələcək 12 yığma artıq bəllidir

03.02.15 07:11 963
Bakı-2015: Azərbaycana gələcək 12 yığma artıq bəllidir
Bakıda keçiriləcək I Avropa Oyunlarının su polosu üzrə yarışlarına qatılacaq yığmaların bir çoxunun adları bəlli olub. Apasport.az saytının məlumatına görə, artıq ölkəmizə gələcək 12 yığmanın adı dəqiqləşib.
Belə ki, kişi su poloçuların mübarizəsində 16 milli qüvvəsini sınayacaq. Azərbaycan yığmasının ev sahibi kimi iştirak edəcəyi yarışa gənclərin Avropa çempionatında ilk 7 yerin sahibi gələcək. Bunlar Monteneqro, Serbiya, İtaliya, Macarıstan, Xorvatiya, Rusiya və İspaniya poloçilarıdı. Digər 8 komandanın adına isə martın 11-15-də keçiriləcək Avropa Oyunlarının Təsnifat Mərhələsindən sonra aydınlıq gələcək.
Qadınların yarışında isə Azərbaycanla yanaşı, Yunanıstan, İspaniya, Hollandiya, İtaliya və Macarıstan yığmaları lisenziyaya sahib olublar. Burada da son 6 millinin adı martın 11-15-də keçiriləcək Avropa Oyunlarının Təsnifat Mərhələsində müəyyənləşəcək.
Qeyd edək ki, Avropa Oyunlarında su polosu yarışları iyunun 12-21-də baş tutacaq.
banner

Oxşar Xəbərlər