• cümə axşamı, 18 aprel, 10:59
  • Baku Bakı 12°C

Bakı-2015: Azərbaycan boksçusu yarımfinala çıxdı

22.06.15 20:49 2203
Bakı-2015: Azərbaycan boksçusu yarımfinala çıxdı
Bu gün Bakı-2015 Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsinə start verilib.
Apasport.az saytının məlumatına görə, 1/8 finalda irlandiyalı Keysi Maylsi məğlub edən Elvin Məmişzadə bu dəfə bolqarıstanlı Daniel Asenovla döyüşüb. Gənclər arasında Avropa çempionlarının dueli həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Məmişzadə rəqibini 2:1 (30:27; 30:27; 28:29) hesabı ilə məğlub edib. Boksçumuz yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özünə təmin edib.
banner

Oxşar Xəbərlər