• cümə, 19 Aprel, 11:07
  • Baku Bakı 13°C

Bakı 2015 Avropa Oyunlarının basketbol komandaları məlum olub

08.10.14 18:08 1274
Bakı 2015 Avropa Oyunlarının basketbol komandaları məlum olub
Bu gün Bakı 2015 Avropa Oyunları gələn il keçiriləcək yarışlarda kişilər üzrə 16 və qadınlar üzrə 16 komandanın yarışacağını təsdiqləyib.
APA-nın xəbərinə görə, İrlandiyanın qadın komandası öz ölkəsinin böyük idman tədbiri üçün basketbol yarışında ilk dəfə iştirak etmək imkanı qazanmaqla tarix yazacaq. Azərbaycan isə ev sahibi kimi hər iki yarışda təmsil olunacaq.
Təsnifat siyahısına uyğun olaraq kişilər arasında yarışlarda Rumıniya, Sloveniya, Litva, Yunanıstan, Serbiya, Belçika, İspaniya, Estoniya, İsrail, Rusiya, Azərbaycan, Türkiyə, Çexiya, İsveçrə, İtaliya və Andorra komandaları iştirak edəcək. Eləcə də təsnifat siyahısına uyğun olaraq qadınlar arasında yarışlarda Rusiya, Sloveniya, Belçika, Niderland, Litva, Rumıniya, Türkiyə, İsveçrə, Ukrayna, İspaniya, İrlandiya, Çexiya, İsrail, Yunanıstan, Slovakiya və Azərbaycan komandaları qızıl medal uğrunda yarışacaqlar.
Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, ilk Avropa Oyunlarının başlanmasına sayılı günlər qalır: “Belə bir zamanda idman yarışlarında iştirak edəcək millətlərin və komandaların adlarını təsdiq etmək imkanımızın olması bizə çox xoşdur. Mən Bakı 2015-in Basketbol 3x3 yarışlarında öz ölkələrinin iştirakını təmin etmiş bütün idmançıları təbrik edirəm və onları gələn ilin Oyunları üçün səbirsizliklə gözləyəcəyimizi bildirirəm”.
Dörd gün davam edəcək Basketbol 3x3 turnir yarışları 2000 tamaşaçı üçün nəzərdə tutulmuş müvəqqəti Basketbol Arenasında baş tutacaq. Oyun iki komanda arasında mövqe hücumundan başlayacaq və oyunlardan dünya üzrə təxminən 250 milyondan çox oyunçunun zövq alacağı gözlənilir.
Bakı 2015-in İdman Şöbəsinin direktoru cənab Pirs O’Kallahan bildirib ki, yeni və innovativ idman növlərindən biri proqrama daxil edildiyi üçün Basketbol 3x3-ə böyük maraq olacaq və ilk Avropa Oyunlarının çempionu adlandırılmaq hüququ uğrunda gərgin yarış keçəcək: “Bu idman dünyada ən sürətlə yayılan idman növlərindəndir, odur ki, biz Avropa Oyunlarına start verəndə insanların böyük marağını gözləyirik”.
2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir. Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon və Voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.
banner

Oxşar Xəbərlər