• çərşənbə axşamı, 16 aprel, 19:35
  • Baku Bakı 18°C

Bakı 2015 Avropa Oyunları Fransa televiziyası ilə yayım sazişi imzalayıb

04.11.14 13:21 1099
Bakı 2015 Avropa Oyunları Fransa televiziyası ilə yayım sazişi imzalayıb
Bu gün Bakı 2015 Avropa Oyunları Fransanın televiziya kanalı olan L’Equipe 21 ilə yayım haqqında sazişə imza atdığını elan etməkdən məmnundur.
BAOƏK-dan trend-ə verilən məlumata görə, sazişə əsasən, Birinci Avropa Oyunları L’Equipe 21 kanalı, eyni zamanda, kanalın vebsaytı və mobil platformaları vasitəsilə Fransada canlı yayımlanacaq.
Şirkət Bakı 2015 Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimlərinin canlı yayımını həyata keçirəcək, eyni zamanda, hər gün yarışlardan 5 saatlıq canlı nümayiş və yarışlardakı gündəlik ən maraqlı məqamların axşam yayımını təmin edəcək.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq demişdir: “Bu saziş qitənin hər yerindəki idman azarkeşlərinin onların ölkələrini təmsil edəcək idmançıları izləyə bilmələrinə imkan yaradacaq bu yaxınlarda imzalanmış əsas saziş olacaq.
Biz Avropanın ən böyük dövlətlərindən biri olan Fransanın Bakı 2015 Oyunlarına təxminən 250 idmançıdan ibarət güclü komanda göndərəcəyini gözləyirik. Oradakı idman azarkeşlərinin evlərində oturub bütün yarışları izləyəcəklərini bilmək gözəldir.
L’Equipe 21 idmana həsr edilmiş bir kanaldır və biz kanalın Bakı 2015 Avropa Oyunlarında iştirak edəcək elit idmançıları və yarışları yüksək keyfiyyətlə nümayiş etdirəcəyinə inanırıq”.
L’Equipe 21 televiziya kanalının baş meneceri Xavyer Spender demişdir: “Bakı 2015 Avropa Oyunları beynəlxalq idman təqviminə mühüm hadisə kimi yazılacaq, ona görə də birinci Avropa Oyunlarının Fransada yayımlanmasına görə məsuliyyəti daşıdığımız üçün çox şadıq.
Bir idman tamaşası kimi bu, dünyanın hər yerindəki idman azarkeşlərində Oyunlara qarşı böyük maraq oyadacaq və biz Fransadakı bütün izləyicilər üçün Oyunların canlı yayımlanmasına öz köməkliyimizi göstərəcəyimiz üçün fəxr edirik”.
L’Equipe 21 kanalı, həmçinin, Bakı 2015 Avropa Oyunlarına 100 gün qalması ilə bağlı xüsusi bir proqram yayımlayacaq və Fransanın Mili Olimpiya Komitəsinin jurnalı olan “Esprit Bleu”da Avropa Oyunlarına hazırlaşan idmançılar barədə həftəlik hesabat təqdim edəcək.
Fransa Milli Olimpiya Komitəsinin prezidenti Denis Messeqliya demişdir: “Biz Bakı 2015 ilə 2012-ci ildən bizim media partnyorumuz olan L’Equipe 21 kanalı arasında idman azarkeşlərimizin birinci Avropa Oyunlarını canlı izləmələrinə imkan yaradan sazişin bağlandığından çox məmnunuq.
Bakı 2015 Avropa Oyunlarında yarışmaq üçün güclü komanda göndərəcəyik və komandanın göstərəcəyi cəhdləri və əldə edəcəyi nailiyyətləri Fransadakı azarkeşlərin canlı izləyə bilməsi yaxşı haldır”.
1998-ci ildə əsası qoyulmuş və Fransa Milli Olimpiya Komitəsinin rəsmi yayım tərəfdaşı olan L’Equipe 21 kanalı bütün il boyu idman nümayişlərini canlı olaraq yayımlayır.
banner

Oxşar Xəbərlər