“Bakcell”in daha bir satış mərkəzi fəaliyyətə başladı
Azərbaycanın
İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi "Bakcell” Fəvvarələr
meydanı, Tağıyev 19 ünvanında yerləşən satış mərkəzini müştərilərinin
ixtiyarına verib. Açılış mərasimində çıxış edən şirkətin icraçı direktoru
Nikolai Beckers digərlərindən fərqli və müasir dizaynda qurulan mağaza haqqında
məlumat verib. Direktorun sözlərinə görə, burada interaktiv elementlər üstünlük
təşkil edəcək: "2018-ci il ərzində biz bir çox mağaza və xidmət mərkəzləri
açmışıq. Azərbaycanın əksər ərazilərində və xüsusilə bölgələrdə bir neçə satış
mərkəzləri fəaliyyətə başlayıb. Bu gün istərdik ki, sizi tamamilə yeni bir
Bakcell mağazası konsepsiya ilə təəccübləndirək. Bu satış mərkəzində daha çox
interaktiv elementlər üstünlük təşkil edir. O cümlədən, tərtibat da tamamilə
yenidir. Mağazamıza gələn müştərilər bütün yenilikləri özləri hiss edə və duya
bilərlər. Ümid edirik ki, yeni konsepsiya bizim satışlarımıza da öz müsbət təsirini
göstərəcək. Zamanla digər mərkəzlərimizi də bu konsepsiyaya uyğunlaşdıracağıq”.
Beckers vurğulayıb ki, yeni mağazadan alış-veriş edən müştərilərə "Bakcell"in xüsusi hədiyyəsi də olacaq: "Müştərilərimizə xüsusi təklifimiz var. 2018-ci ilin sonuna qədər bu mağazadan mobil telefon alan hər bir müştəriyə telefonun modelindən asılı olmayaraq 1 il müddətinə şəbəkədaxili pulsuz danışıq və limitsiz internet paketi təqdim ediləcək”.