“Bakcell”dən 1.5 milyon manatlıq ianə, ən son tibbi avadanlıqlar və koronovirusla mübarizəyə yönəlmiş digər tədbirlər
Dünyada koronovirusun yayılması ilə əlaqədar
olaraq, Bakcell şirkəti ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlərə
qoşulub. Şirkət öz abunəçiləri və əməkdaşları ilə yanaşı bütün Azərbaycan vətəndaşlarının
sağlamlığına töhfə vermək məqsədilə müxtəlif yaş qruplarını əhatə edən 360 dərəcə
kommunikasiya və tədbirlər planı hazırlayıb.
Koronovirusla Mübarizəyə Dəstək Fonduna
1.5 milyon manatlıq ianə
Azərbaycanda ən geniş Korporativ Sosial
Məsuliyyət strategiyasına malik şirkətlərdən biri olan Bakcell Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış
Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə edib. Bu məbləğ Şirkətin daxil olduğu NEQSOL Holding
tərəfindən ayrılmış 5 milyon manat ümumi büdcə çərçivəsində fondun hesabına
köçürülüb.
Ən son tibbi avadanlıq və
ekspress-testlər əldə olunub
Ölkədə COVİD-19 virusuna qarşı mübarizəyə
və vətəndaşları yüksək keyfiyyətli tibbi xidmətlərlə təmin etməyə yönəlmiş tədbirləri
dəstəkləmək məqsədilə Bakcell Azərbaycana ən son tibbi avadanlıq və vasitələrin
gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bunun sayəsində süni tənəffüs
aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış
avadanlıqları, eləcə də koronovirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan
verən 3000 ədəd ekspress-test əldə olunub. Bu avadanlıq və vasitələr Nazirlər
Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilən mərkəzlərə təqdim
olunacaq.
#görünməzqəhrəmanlar və karantində olan
insanlar üçün xüsusi kampaniya
Bakcell karantində olan vətəndaşlarımızı
və onlara qayğı göstərən "görünməz qəhrəmanlar”ı - tibb işçilərini də
unutmayıb. Onlar üçün xüsusi sürpriz hazırlayan Bakcell əməkdaşları bu günlərdə
karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü, karantində olan
insanlara isə dəstəyini ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərir.
Bundan əlavə, Bakcell şirkəti karantin
məntəqələrində çalışan tibb işçilərinə 100 AZN və karantində olan vətəndaşlarımıza isə 50 AZN məbləğində ödəmə kartları göndərərək onlara
öz yaxınları ilə ünsiyyətdə qalmaq imkanı yaradacaq.
Onlayn xeyriyyə marafonu
Bakcell koronovirusla mübarizəyə yönəlmiş
digər Korporativ Sosial Məsuliyyət layihələrinin həyata keçirilməsini də
planlaşdırır. Özünün AppLab proqramının dəstəyi ilə yaradılmış Run2Help mobil tətbiqetməsi
vasitəsilə şirkət xeyriyyə məqsədləri üçün onlayn marafon keçirəcək. Evdə
olduğumuz günlərdə aktiv və sağlam həyat tərzini təbliğ etmək üçün Bakcell gün ərzində
atılmış addımları pul vəsaitinə çevirmək və ianə etmək imkanı yaradacaq.
Toplanan məbləğ isə Bakcell tərəfindən ediləcək ianə ilə birlikdə şirkətin
uzunmüddətli KSM partnyoru olan "SOS Uşaq Kəndləri”nə və digər təşkilatlara
köçürüləcək.
Bundan əlavə, Bakcell şirkəti həssas əhali
qruplarına dəstək göstərmək üçün digər KSM təşəbbüsləri üzərində işləyir.
Abunəçi və əməkdaşların təhlükəsizliyi -
"evdeqal" tədbirləri
Bütün vətəndaşların və öz əməkdaşların
sağlamlığı Bakcell şirkəti üçün prioritet məsələdir. Bu gündən etibarən Bakcell
abunəçiləri öz telefonlarının ekranlarında "evde qal” çağırışını görəcəklər.
Həmçinin, şirkət öz abunəçilərinə
xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə "Mənim
Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi
tövsiyə edib. Buna baxmayaraq, "Bakcell”in bütün xidmət mərkəzləri lazımi olan
dezinfeksiya vasitələri ilə təchiz edilib.
Bundan əlavə, 103 təcili tibbi yardım
xidmətinə olduğu kimi, "TƏBİB”in 1542 qaynar xətt nömrəsinə zənglər də bütün
Bakcell abunəçiləri üçün tamamilə pulsuzdur.
Bu tədbirlər çərçivəsində Bakcell öz əməkdaşlarına
evdən işləmək imkanı təklif edib və ofisə gəlib işləmək istəyən əməkdaşların təhlükəsizliyini
təmin etmək məqsədilə bütün ofislərdə lazımı dezinfeksiya işləri
aparılıb.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir
mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif
edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi
əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir.
Bu gün Bakcell şirkəti ölkədə ən böyük və sürətli
4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini
(Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə
əhalisinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı
məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə
daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün
www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə
daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə
zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.