AZE | RUS | ENG |

Bakcell şirkətinin baş icraçı direktoru Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinə üzv seçilib

Bakcell şirkətinin baş icraçı direktoru Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinə üzv seçilib
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (CCİAF) İdarə Heyətinə üzv seçilib.
Belə ki, CCİAF-nin oktyabrın 5-də keçirilən ümumi yığıncağında Nikolai Beckers Palatanın İdarə Heyətinin 9 üzvündən biri seçilib.
Biznes sahəsinin ən mühüm təşkilatları və tədbirlərində fəal şəkildə iştirak edən Bakcell şirkəti ölkənin biznes mühiti və iqtisadiyyatının inkişafına böyük töhfə verməkdə davam edir. Belə təşkilatların biri də "Bakcell”in 2017-ci ildən bəri üzv olduğu Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasıdır. Şirkət CCİAF-nin bir neçə uğurlu layihəsinə, o cümlədən da Azərbaycanda ilk dəfə olaraq keçirilmiş "ActInSpace 2018 Azerbaijan” beynəlxalq innovasiya müsabiqəsinə dəstək göstərib.
"Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinə üzv seçildiyim üçün qürur duyuram. Göstərdikləri etimada görə İdarə Heyətinin digər üzvlərinə öz təşəkkürümü bildirirəm.İnanıram ki, biznesin inkişaf etdirilməsi və iş əlaqələrinin yaradılması sahəsində beynəlxalq təcrübəm palatanın fəaliyyətinə töhfə verəcək”,deyə Nikolai Beckers bildirib.
Qeyd edək ki, Nikolai Beckers Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub. Bundan qabaq o, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya ölkələrinin qabaqcıl telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6331
GBP 1 İngilis funt sterlinqi 2.2267
TRY 1 Türk lirəsi 0.3042
KWD 1 Küveyt dinarı 5.6079
SEK 1 İsveç kronu 0.1895
EUR 1 Avro 1.9550
CHF 1 İsveçrə frankı 1.7090
USD 1 ABŞ dolları 1.7000