Bakcell şirkətinin baş direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
Azərbaycanın
İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti
telekommunikasiya sahəsinin yerli və beynəlxalq səviyyədə inkişafına öz töhfəsini
vermək məqsədilə dünyanın telekommunikasiya və innovasiya sahəsinə həsr olunan ən
nüfuzlu tədbirlərində fəal iştirak edir.
"Bakcell”in
baş icraçı direktoru Nikolai Beckers dünyanın aparıcı telekommunikasiya şirkətlərinin
rəhbərləri ilə birgə "Total Telecom Congress” beynəlxalq konfransında növbəti dəfə
bu sahənin ən mötəbər liderlərindən ibarət məruzəçilər siyahısında yer alıb.
Böyük Britaniyanın London şəhərində 30-31 oktyabr tarixlərində keçirilmiş tədbir
telekommunikasiya sənayesində strategiyanın hazırlanması, innovasiyaların tətbiq
edilməsi və əməkdaşlığın qurulmasına həsr edilib.
Rəqəmsal
transformasiyanın həyata keçirilməsi üçün tələb olunan korporativ strategiya və
strukturun təkmilləşdirilməsi mövzusunda keçirilmiş panel müzakirəsində çıxış
edən Nikolai Beckers, telekommunikasiya sahəsində baş rəqəmsal direktor vəzifəsinin
rolunun artması, iş mühitinin proqram təminatı vasitəsilə təkmilləşdirilməsi, rəqəmsal
investisiya strategiyaları, yeni əməliyyat modelləri, təcrübəli rəqəmsal xidmət
təchizatçılarının məsləhətləri və daxili proseslərin avtomatlaşdırılması barədə
danışıb. Paneldə həmçinin "Facebook”un sənaye lideri, texnologiya və
telekommunikasiya üzrə direktoru Daniyel Auqsten, "Cable & Wireless” şirkətinin
transformasiya üzrə baş direktoru Kristian Rotter, "OTE Group” şirkətinin
transformasiya və topdan satış direktoru Yannis Konstantinidis iştirak edib.
Tədbir
zamanı Bakcell şirkətinin baş icraçı direktoru "Total Telecom”un YouTube kanalı
üçün geniş müsahibə verərək telekommunikasiya şirkətləri üçün rəqəmsal
transformasiyanın faydası, müştəri təcrübəsi strategiyaları, təşkilati
strukturunun dəyişdirilməsinin vacibliyi və Bakcell şirkətinin növbəti 12-24 ay
üçün planları barədə danışıb.
"Bu gün rəqəmsallaşma
bütün telekommunikasiya sahəsinin ən vacib mövzularındandır. Fikrimcə, effektiv
şəkildə həyata keçirilməsi üçün rəqəmsal transformasiya təşkilatın ayrı-ayrı
departamentlərində tətbiq edilməlidir. İlk növbədə, rəqəmsallaşdırma
telekommunikasiya şirkətinin əsas fəaliyyət növləri və şəbəkədə
başlanılmalıdır. Həmçinin, müştərilərlə təmas zamanı da rəqəmsal alətlərdən
istifadə olunmalıdır ki bu proses daha rahat və effektiv tərzdə həyata
keçirilsin. Rəqəmsallaşma tələb edən digər sahə isə şirkətin mədəniyyətidir. Ənənəvi
telekommunikasiya operatorları adətən olduqca bürokratik təşkilati struktura
malikdir və bu cür strukturda şəbəkə və marketinq fəaliyyəti ilə paralel olaraq
innovasiya və rəqəmsallaşmanın tətbiq edilməsi elə də asan deyil. Operatorlar
öz əsas fəaliyyət növündə effektiv olmaqla yanaşı daha çevik olmalıdırlar. Rəqəmsallaşma
müştərilərin tələb və ehtiyaclarının daha effektiv və operativ şəkildə
qarşılanmasında faydalı olacaq. Həmçinin, rəqəmsallaşma yeni bir düşüncə tərzi
və təşkilatda çalışan əməkdaşların müasir yanaşmasını tələb edir. Bu isə o deməkdir
ki, insanlar daha sərbəst olmalı və qarşılarına konkret məqsədlər
qoyulmalıdır”, deyə Nikolai Beckers bildirib.
Müsahibənin
tam versiyasını bu linkdən istifadə etməklə "Total Telecom”un YouTube kanalında
izləmək olar: http://bit.ly/bakcell
Nikolai
Bekers Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin
olunub. Bundan əvvəl o, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya ölkələrinin
qabaqcıl telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Nikolay
Beckersin iş təcrübəsi dünyanın ən rəqabətli telekommunikasiya bazarlarında
mühüm biznes uğurlarının qazanılmasında strateji əhəmiyyət kəsb edən fəaliyyətləri
və layihələri əhatə edib.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet
Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə
geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE
mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi
daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun
abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin
99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə
edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində
beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti
tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə
adına layiq görülüb ("Best in Test”). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli
mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla”
şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli
mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə
etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya
555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və
ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və
xidmətləri haqqında məlumat əldə edə bilərlər.