• cümə, 26 Aprel, 22:34
  • Baku Bakı 22°C

Bakcell şirkəti media nümayəndələri üçün Qəbələdə seminar təşkil edib - Fotolar

29.11.16 13:32 1321
Bakcell şirkəti media nümayəndələri üçün Qəbələdə seminar təşkil edib - Fotolar
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 25-27 noyabr tarixlərində jurnalistlər üçün növbəti seminar təşkil edib. Bu dəfə jurnalistlərdən ibarət qrup Qəbələdə toplaşıb.

Seminarın məqsədi informasiya və kommunikasiya texnologiyaları, həmçinin ümumilikdə mobil telekommunikasiya haqqında jurnalistlərin məlumatlılığının artırılmasıddır.

Seminarın ilk günündə Bakcell şirkətinin Məhsulun inkişafı üzrə meneceri Şamil Həsənov iştirakçılara korporativ seqmenti əhatə edən Bakcell Biznes tarifləri barədə ətraflı məlumat verib. Sonra şirkətin Mobil internet üzrə yarımbölmə rəhbəri Hassan Şahid "Cəlbedici mobil həllər və təkliflər” mövzusunda çıxış edib.

Daha sonra şirkətin Müştəri Xidmətləri Departamentinin əməkdaşı Emin Əsgərsoy "Təmas nöqtələrində müştəri davranışı” mövzusu üzrə seminar iştirakçıları qarşısında təqdimat keçirib.

Seminarın ikinci günündə tədbir iştirakçıları üçün daha bir neçə mövzuda təqdimatlar təşkil olunub. Belə ki, "Bizimlə səyahət edərkən fərqi hiss edin” mövzusunda Bakcell şirkətinin Klass və Rouminq bölməsinin rəhbəri Anar Qurbanov media nümayəndələri ilə "Bakcell”in misilsiz rouminq təklifləri barədə ətraflı məlumatları paylaşıb. Daha sonra "Mobil telekommunikasiyada qlobal trendlər – İT və Texnologiya” mövzusu ilə şirkətin İKT layihələrinin idarə edilməsinin biznes analizi üzrə baş mütəxəssisi Orxan Bədəlov çıxış edib. O.Bədəlov həmçinin "Mobil internet penetrasiyası. "Bakcell”in mobil interneti. Ən yaxşı 4G təcrübə – İT və Texnologiya” mövzusunda da çıxış edib.

Qeyd edilən mövzularla yanaşı, seminarda həmçinin Azərbaycanda startap mühiti də müzakirə edilib. Şirkətin korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova seminar iştirakçıları ilə ölkədəki startap mühitini müzakirə edib və "Bakcell”in innovativ developer layihəsi olan "Applab”ın son iki il ərzində nail olduğu yüksək nəticələr barədə məlumat verib.

Xatırladaq ki, Bakcell şirkətinin jurnalistlər üçün keçirdiyi bu seminar artıq üçüncü ildir ki, təşkil edilir.
Məlumat üçün onu da əlavə edək ki,Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.












banner

Oxşar Xəbərlər