• cümə axşamı, 28 mart, 18:19
  • Baku Bakı 13°C

Bakcell müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı

12.12.18 15:08 385
Bakcell müsabiqədə qalib gələn məktəbliləri mükafatlandırdı
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkəti "İnternetdə uşaqların təhlükəsizliyi” layihəsi çərçivəsində keçirilmiş "Bakı şəhər məktəbləri arasında video-çarx müsabiqəsi”nin qaliblərini mükafatlandırıb.
"Bakı şəhər məktəbləri arasında video-çarx müsabiqəsi” Təhsil Nazirliyinin dəstəyi ilə icra olunan "İnternetdə uşaqların təhlükəsizliyi” layihəsi çərçivəsində həyata keçirilib. Bakcell və ENGİNET şirkətlərinin birgə dəstək göstərdiyi layihə çərçivəsində Bakıdakı 165, 280, 291, 211, 225, 177 və 271 nömrəli tam orta məktəblərinin şagird və pedaqoji heyəti ilə görüşlər keçirilib. Görüşlərdə internetdən düzgün və təhlükəsiz istifadə qaydaları, mövcud təhlükələr və təhlükəli məzmunlardan qorunmaq üçün nəzərdə tutulmuş alətlər barədə geniş məlumat verilib.
291 nömrəli Ekologiya liseyinin şagirdləri Mustafayev Tuncay və Niftəli Ayşən, 211 nömrəli məktəbdən Qəribova Fidan, Əlisəttarova Aylin, Ramazanova Mədinə, Xəlilov Vüsal, Mirzəyeva Əsmət və 271 nömrəli məktəbdən Məmmədov Ayxan, Göyüşlü Banu, Əkbərli Hüseyn, Quluzadə Nurlan və Süleymanova Mədinə müsabiqənin qalibləri seçilib. Bakı şəhərinin 211 nömrəli tam orta məktəbində keçirilmiş mərasim zamanı müsabiqədə qalib gəlmiş məktəblilərə Bakcell və ENGİNET şirkətləri tərəfindən xüsusi hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Bakcell bir neçə il il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən "Təhlükəsiz İnternet Paketləri” uşaqlar üçün internetdən istifadənin təhlükəsiz olmasını təmin edir. Bu internet paketləri və ENGİNET şirkətinin "İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və istənilməyən məzmundan qorumaq imkanına malikdirlər.
"Təhlükəsiz İnternet” paketləri haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsinə əks olunur.
***

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan "P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb ("Best in Test”). 2018-ci ildə şirkət "Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış "Ookla” şirkəti tərəfindən "Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
banner

Oxşar Xəbərlər