• cümə axşamı, 28 mart, 22:41
  • Baku Bakı 13°C

“Bakcell” “Mənim saatım” adlı yeni limitsiz internet paketini təqdim edib

16.06.17 13:25 5137
“Bakcell” “Mənim saatım” adlı yeni limitsiz internet paketini təqdim edib
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell” şirkəti yüksəksürətli mobil internetdən faydalanmaq istəyən abunəçilər üçün "Mənim saatım” adlı innovativ internet paketi təqdim edir.
"Bakcell” şirkətindən "APA-Economics”ə verilən məlumata görə, bu yeni məhsul sayəsində abunəçi gün ərzində bir dəfə 60 dəqiqəlik bir müddət seçə və həmin vaxt üçün cəmi 50 qəpik ödəməklə, internetdən limitsiz istifadə edə bilər.
Paketdən gündə yalnız bir dəfə, saat 01:00-dan 19:00-a qədər yararlanmaq mümkündür. Paketi aktivləşdirmək üçün *570*50#YES kodunu yığmaq lazımdır.
"Ədalətli istifadə” siyasətinə əsasən digər cihazların "Wi-Fi Hotspot” vasitəsilə qoşularaq bu paketdən istifadə etməsi mümkün deyil. Paketin vaxtı bitdikdən sonra abunəçi öz balansındakı digər İnternet paketindən və ya abunə olduğu tarifə uyğun İnternet trafikindən istifadə edə bilər.
Qeyd edək ki, "Bakcell” şirkəti internet sürətinin yoxlanılması və təhlili sahəsində dünya lideri olan "Ookla” şirkəti tərəfindən Azərbaycanda "ən sürətli mobil şəbəkə” mükafatına layiq görülüb. Bundan əlavə, "Bakcell” "Instagram”, "WhatsApp”, "YouTube” və "Facebook” istifadəçiləri üçün eksklüziv internet paketləri təqdim edir.
banner

Oxşar Xəbərlər