AZE | RUS | ENG |

Bakcell “Mançester Yunayted” əməkdaşlığa başladı

Bakcell “Mançester Yunayted” əməkdaşlığa başladı
Bakcell “Mançester Yunayted”i Azərbaycana daha yaxın edəcək

Bakcell daha bir ilkə imza atıb. “Azadinform” xəbər verir ki, Azərbaycanın ilk mobil operatoru və aparıcı internet provayderi və ölkədə qeyri-neft sektorunda ən iri investorlardan biri olan Baksel dünyanın ən məşhur futbol klublarından biri “Mançester Yunayted”lə (Manchester United) tərəfdaşlığını elan edib.

Bu gün keçirilən mətbuat konfransında Bakcell şirkətinin Baş icraçı direktoru Riçard Şirer artıq bu tərəfdaşlıqla bağlı müqavilənin imzalandığını bildirib. O, üçillik tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell tərəfindən bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq bu komandanın ölkədəki azarkeşlərinə və 2 milyon 600 mindən artıq Baksel abunəçisinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim olunacağını bildirib. “Azərbaycanın ilk mobil operatoru Bakcell daim “İlklər” şirkəti olub və dünyanın bir nömrəli futbol brendi olan “Mançester Yunayted”lə əməkdaşlıq bunun daha bir əyani sübutudur. Bakcell tək Azərbaycanda yox, bütün MDB məkanında dünyanın ən böyük futbol komandalarından biri ilə əməkdaşlıq edən ilk şirkətdir. Bu əməkdaşlıq sayəsində Bakcell müştəriləri “Mançester Yunayted” azarkeşləri, ölkənin və bütün regionun futbolsevərləri futbola və “Mançester Yunayted”ə daha yaxın olacaqlar” – deyə Riçard Şirer bildirib.

Klubun Əlaqələr üzrə direktoru Nik Hamfreys isə yeni və maraqlı tərəfdaşlıqdan məmnunluq sədalarının gələcəyinə əmin olduqlarını bildirib: “Yeni müqaviləmiz “Mançester Yunayted” üçün daha bir ilkdir, çünki bu, Azərbaycanda olan yeganə əməkdaşlığımızdır. Azərbaycanlı azarkeşlərimizin sayı gündən-günə artır və biz inanırıq ki, Bakcell şirkəti ilə iş birliyimiz azarkeşlərimizə sevdikləri kluba daha yaxın olmaq imkanı yaradacaq”.

Qeyd edək ki, “Mançester Yunayted” mobil xidmətlər paketinin abunəçiləri klubun ən son xəbərləri, son oyunların videogörüntüləri, rinqtonlar, divar kağızları və s. əldə edəcəklər. Bakcell həmçinin klubun “MUTV” televiziya kanalını Azərbaycanda yaymaq hüququna malik olub, futbol azarkeşlərinə futbolçuların son müsahibələri və səhnəarxası çəkilişlərini izləmək imkanı verəcək. Bundan başqa, əməkdaşlığa həsr olunan portal da fəaliyyət göstərəcək.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9187
GEL 1 1 Gürcüstan larisi 0.6445
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1759
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1828
CHF 1 1 İsveçrə frankı 1.691
KWD 1 1 Küveyt dinarı 5.5933
TRY 1 1 Türkiyə lirəsi 0.3217