AZE | RUS | ENG |

Bakcell gözdən əlil uşaqlar arasında şahmat və dama turnirinə dəstək verib

Bakcell gözdən əlil uşaqlar arasında şahmat və dama turnirinə dəstək verib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti 25 aprel - 5 may 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən gözdən əlil uşaqlar arasında şahmat və dama turnirinə dəstək göstərib.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş şahmat və dama turniri Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat  Məktəbində keçirilib. 40 nəfərdən artıq gözdən əlil uşaq iştirak etdiyi turnirin qalibləri Məmmədov Nahid (şahmat) və Əzizov Əzim (dama) oldular.
Turnirdə yaxşı nəticələr göstərmiş gənc istedadlı şahmatçı və damaçılara "Bakcell”dən dəyərli hədiyyələr təqdim edilib.
"Bakcell” şirkəti artıq bir neçə ildir ki, ölkəmizdə keçirilən uşaq şahmat turnirlərinə öz dəstəyini əsirgəmir. Özünün "Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Şirkət Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş geniş miqyaslı layihələri həyata keçirir.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000