Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir
Bakcell növbəti dəfə
internetin sınaq və təhlili sahəsində dünya lideri olan Ookla® tərəfindən "Azərbaycanın
ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.
"Ookla”nın
Speedtest platforması vasitəsilə həyata keçirilən 100 000-ə yaxın test təsdiqləyir
ki, Bakcell şəbəkəsində orta yükləmə sürəti saniyədə 37.99 meqabit, orta məlumat
göndərmə sürəti isə saniyədə 16.79 meqabitə bərabərdir.
Bakcell artıq
üçündü dəfədir ki, Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülür.
Bakcell öz şəbəkəsini
və göstərilən xidmətlərin keyfiyyətini daha da təkmilləşdirərək bundan sonra da
abunəçilərini yüksək keyfiyyəti istifadəçi təcrübəsi ilə təmin edəcək.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.
Bu gün Bakcell şirkəti ölkədə ən böyük və sürətli mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 92%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Şirkət 2019-cu
ilin I və II rübü üzrə "Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın
qalibi olub. Bu mükafatı qazanmaq üçün Bakcell ölkənin mobil rabitə bazarında fəaliyyət
göstərən operatorlar arasında ən yüksək ortalama yükləmə sürəti, ən yüksək ortalama
məlumat göndərmə sürəti və ən yüksək "Speed Score” (sürət balları) nəticəsini
nümayiş etdirib.
"Bakcell öz abunəçilərinə
təqdim etdiyi xidmətlərin keyfiyyətini artırmaq üçün əlindən gələni edir, çünki
abunəçilərimiz bizdən mükəmməl əhatə dairəsi və ən yaxşı mobil internet sürəti
gözləyir. Mən şadam ki, bu istiqamətdə gördüyümüz işlər növbəti dəfə Ookla tərəfindən
yüksək qiymətləndirilib və Bakcell şəbəkəsinin Azərbaycanda
ən sürətli olması bir daha da təsdiq olunub. Bakcell öz abunəçilərini bütün ölkə
ərazisində yüksək keyfiyyətli video izləmək və yaxud sosial şəbəkələrdən
istifadə etmək kimi müasir mobil telekommunikasiya xidmətləri ilə təmin etməkdən
məmnunluq duyur. Mən bu mükafatı Azərbaycanın ən üstün mobil şəbəkəsini abunəçilərimiz
üçün daha da yaxşı etmək öhdəliyi kimi qəbul edirəm və söz verirəm ki, bu
istiqamətdə daha böyük səylə çalışacağıq”,deyə Bakcell şirkətinin Baş
icraçı direktoru Rainer Ratgeber bildirib.
"Hər gün Speedtest
üzərindən aparılan milyonlarla sınaq sayəsində Ookla bütün dünya üzrə internet
nəticələri barədə dəqiq və ətraflı məlumatlara malikdir. Ciddi araşdırma və təhlilimizə
əsaslanaraq, biz böyük məmnuniyyətlə təsdiq edirik ki, Bakcell Azərbaycanın ən sürətli
mobil şəbəkəsidir. Bu mükafat Bakcell abunəçilərinin 2019-cu ilin I və II rübü ərzində
əldə etdiyi xüsusi xidmət keyfiyyətinin
bariz göstəricisidir” deyə, "Ookla”nın icraçı vitse prezidenti Jamie Stevenbildirib.