AZE | RUS | ENG |

“Bakcell Arena” dünyanın 4 böyük stadionunu üstələdi

“Bakcell Arena” dünyanın 4 böyük stadionunu üstələdi
2012-ci ilin ən yaxşı stadionunun müəyyənləşdirilməsi məqsədilə keçirilən sorğu başa çatıb. Lent.az-ın məlumatına görə, “Stadiony.net” saytının apardığı sorğu nəticəsində Bakının 8-ci km qəsəbəsindəki “Bakcell Arena” (əvvəlki adı “8KM” stadionu) 12-ci yeri tutub. Ümumilikdə 16 stadionun namizəd göstərildiyi səsvermədə “Bakcell Arena” 8738 səs yığıb. 11 min tamaşaçı tutumuna malik stadionumuz 23950 nəfərlik “Estádio Raimundo Sampaio”nu (Belu Orizonte, Braziliya) 35 səs, 12200 nəfərlik “Myresjöhus Arena”nı 2533 səs (Vaxyo, İsveç), 20600 nəfərlik “Sparda-Bank-Hessen-Stadion”u (Offenbax, Almaniya) 2922 səs və 20891 nəfərlik “Incheon Football Stadium”u (İnçeon, Cənubi Koreya) 3450 səs geridə qoyub. Ən yaxşı stadion adına 60540 tamaşaçı tutumuna malik “Arena do Gremio” (Portu Allleqre, Braziliya) layiq görülüb. Bu arena 29627 səs yığıb. 58145 nəfərlik “Stadion Narodowy” (Varşava, Polşa) 21148 səslə ikinci, 50157 nəfərlik “Grand Stade Lille-Métropole” (Lill, Fransa) isə 19187 səslə üçüncü olub. Sonrakı 8 pilləni isə bu arenalar tutub: 4. “Friends Arena” (Solna, İsveç) – 54329 nəfər, 17042 səs 5. “Stadion Utama Riau” (Pekanbaru, İndoneziya) – 40700 nəfər, 16512 səs 6. “Stade Océane” (Havr, Fransa) – 25178 nəfər, 16295 səs 7. “London Olympic Stadium” (London, İngiltərə) – 80000 nəfər, 14023 səs 8. “Bunyodkor Stadioni” (Daşkənd, Özbəkistan) – 34000 nəfər, 13978 səs 9. “Netanya Stadium” (Netanya, İsrail) – 13800 nəfər, 13943 səs 10. “BBVA Compass Stadium” (Hyuston, ABŞ) – 22000 nəfər, 11024 səs 11. “New York Stadium” (Rozerhem, İngiltərə) – 12021 nəfər, 8956 səs “Stadium of the Year 2012” sorğusunun keçirilmə qaydalarına əsasən, namizəd stadion bir neçə meyara cavab verməlidir. O, ən azı 10000 tamaşaçı tutumuna malik olmalı və 2012-ci ildə açılmalıdır. Bu siyahıya sıfırdan tikilən və ya əsaslı yenidən qurulan, daha dəqiqi, strukturu 75 faiz dəyişən arenalar salınır. Səsvermənin davam etdiyi bir ay ərzində saytın oxucuları 16 namizəd stadion arasından 5 ən yaxşısını seçərək, onlara “5 ulduz”dan “1 ulduz”adək qiymət veriblər. Nəticədə rekord sayda – 14439 nəfər üst-üstə 216 585 xallıq səs verib. Ən çox səs Braziliya, Polşa, İndoneziya, İsrail və Fransadan gəlib. Hər kompüterdən 1 səs qəbul olunub. Qeyd edək ki, Bakcell Arena”nın inşasına 2010-cu il aprelin 30-da başlanılıb və işlər 2012-ci ilin avqustunda yekunlaşıb. Stadionumuz ötən il sentyabrın 14-də istifadəyə verilib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8964
GEL 1 1 Gürcüstan larisi 0.6134
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1611
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1761
CHF 1 1 İsveçrə frankı 1.6801
KWD 1 1 Küveyt dinarı 5.5836
TRY 1 1 Türkiyə lirəsi 0.2805