• cümə, 19 Aprel, 20:39
  • Baku Bakı 24°C

Bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verildi

14.06.16 14:16 1691
Bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ verildi
Azərbaycanda və xarici ölkələrdə təhsil alan, Azərbaycan vətəndaşı olan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək.
APA-nın məlumatına görə, bu məsələ Milli Məclisin növbədənkənar plenar iclasında qəbul olunan "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb.
İndiyə qədər Azərbaycanda ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək, xarici ölkələrin siyahısı Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət verilib.
Dəyişikliyə əsasən bundan sonra Azərbaycanda əyani təhsilalma formasında magistraturada, doktoranturada, xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsinin magistratura və doktorantura səviyyələrində də təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.
banner

Oxşar Xəbərlər