AZE | RUS | ENG |

Bağırsaqlardakı bakteriyalar insanın bioloji yaşını müəyyənləşdirməyə kömək edəcək

Bağırsaqlardakı bakteriyalar insanın bioloji yaşını müəyyənləşdirməyə kömək edəcək
Bağırsaq bakteriyalarını öyrənən tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, mikrobiom orqanizmin yaşını müəyyən edə bilən dəqiq bioloji saatdır.
AZƏRTAC "Haytek” saytına istinadla xəbər verir ki, mikrobiomun vaxt getdikcə necə dəyişməsini aydınlaşdırmaqdan ötrü tədqiqatçı Aleks Javoronkov və onun ABŞ-da süni intellekt sahəsindəki startapı olan "InSilico Medicine”dən həmkarları dünyanın ayrı-ayrı yerlərində yaşayan müxtəlif yaş həddində mindən çox sağlam insanlarda 3600 bağırsaq bakteriyası nümunəsini öyrəniblər.
Sonra alimlər göstəricilərin təhlili üçün texniki vasitələrdən istifadə ediblər. Əvvəlcə onlar öz proqramlarını - neyronların beyində necə işləməsini əsas götürməklə dərin təlim alma alqoritmini nümunələrin 90 faizindən götürülmüş 95 müxtəlif bakteriya növü üzərində öyrəniblər. Bundan sonra onlar alqoritmdən insanların yaşını soruşublar. Proqram yaşı dəqiq müəyyən edə bilib. Həm də 95 növ bakteriyadan 39-nun yaşın proqnozlaşdırılmasında daha mühüm olduğu məlum olub.
Javoronkov və onun həmkarları aşkarlayıblar ki, bəzi mikrobların sayı yaş ötdükcə daha çox olur, məsələn, maddələr mübadiləsində mühüm rol oynayan "Eubacterium hallii” kimi. "Bacteroides vulgatus” kimi digərləri isə azalırlar. Onları mədə-bağırsaq traktında iltihab növü sayılan xora koliti ilə əlaqələndirirlər. Tədqiqatın həmmüəllifi, Harvard Universitetindən olan bioloq, yaşlanmanı tədqiq edən Vadim Qladışev hesab edir ki, qida rasionunda dəyişikliklər, yuxu vərdişləri və fiziki fəallıq onların azalmasına və ya artmasına təsir göstərir.
Javoronkov bildirir ki, "mikrobiomun yaşlanma saatı”nı insanın nə qədər sürətlə və ya tədricən qocalması, bu prosesə alkoqol, antibiotik, probiotik və sürəkli diyetanın necə təsir etməsini öyrənmək üçün əsas vasitə qismində istifadə etmək olar.
Əgər ideya təsdiqlənərsə, o zaman bioloji yaşın proqnozlaşdırılması üçün daha bir biomarker olacaq. Yeni qocalma saatının digərləri ilə həmahəngliyi insanın əsl yaşının və sağlamlığının daha dəqiq təsvirini verə biləcək.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916