• cümə, 29 Mart, 09:46
  • Baku Bakı 5°C

“Bahar qalası” Novruz şənliyi təşkil olunacaq

19.03.18 13:15 814
“Bahar qalası” Novruz şənliyi təşkil olunacaq
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi öz ənənəsinə sadiq qalaraq paytaxt sakinlərini və şəhərimizin qonaqlarını baharın müjdəçisi, Azərbaycan xalqının milli adət-ənənələri ilə zəngin Novruz bayramını İçərişəhərdə qeyd etməyə dəvət edir.
Qoruq İdarəsindənAZƏRTAC-a verilən məlumata görə, "Bahar qalası” Novruz şənliyi İçərişəhərdə martın 20-dən 26-dək, Qala qoruğunda isə martın 20 və 21-də təşkil olunacaq. Şənliklərdə bir-birindən maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Hər gün saat 12:00-dan axşam saatlarınadək davam edəcək şənliklərdə təşkil olunacaq sərgidə ölkəmizin tarix və mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları, yerli sənətkarlar tərəfindən hazırlanmış əl işləri, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri təqdim olunacaq.
Bədii və tarixi personajlar, xalq və əfsanəvi qəhrəmanların canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq.
"Qala” Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar martın 20-21-də İçərişəhərdən, Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.
banner

Oxşar Xəbərlər