• çərşənbə axşamı, 16 aprel, 22:16
  • Baku Bakı 18°C

Bahar Muradova Rüstəm İbrahimbəyovdan danışdı

02.12.13 10:58 1371
Bahar Muradova Rüstəm İbrahimbəyovdan danışdı
"Rüstəm İbrahimbəyovun hansısa bir təşkilatın sədri kimi ciddi fəaliyyətinin şahidi olmadım. Ona görə də onun hansı vəzifədən, hansı səbəbə görə istefa verməsi cəmiyyət üçün maraqlı deyil". Bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Trend-ə Rüstəm İbrahimbəyovun Milli Şura sədrliyindən istefa verməsinə münasibət bildirərkən deyib.
B.Muradova qeyd edib ki, öz işinin başında olmayan, ictimai-siyasi proseslərə heç bir təsir göstərmək gücündə olmayan və uzaqdan-uzağa qiyabi fəaliyyət göstərən bir şəxsin ciddi olmayan bir qurumun rəhbərliyindən istefa verməsi təkcə bəlkə o qurumda olan, amma onun da bu vəzifədən daha tez istefasını istəyən adamlar üçün önəmli ola bilər: "Çünki elə bu qurum yaranarkən və onun rəhbərliyinin seçimləri çox böyük ajiotaj ilə keçirilərkən də mənim fikrim bundan ibarət olmuşdu ki, nə Rüstəm İbrahimbəyov radikal müxalifətə, nə radikal müxalifət Rüstəm İbrahimbəyova lazımdır. Bu, zaman üçün bəzi dairələrin görmək istədiyi haldır, əhəmiyyətsiz anlar gəldiyi tədqirdə onların yolu mütləq ayrılır və bu da baş verdi".
Vitse-spiker bildirib ki, seçki ərəfəsində Azərbaycanda çoxlu sayda belə qurumlar yaradılır və maraqlısı odur ki, bu qurumları yaradanlar eyni adamlardır: "Belə qurumların yaranması və dağılması Azərbaycanın ictimai-siyasi mühitinə heç zaman təsir göstərməyib. Ona görə də həmin şəxslərin yaratdığı bu qurumun dağılması da Azərbaycanın ictimai-siyasi mühitinə hər hansı bir təsir göstərmir. İmitasiya ilə məşğul olan adamlar üçün bəlkə bu bir əhəmiyyət kəsb edərdi, amma artıq o da çox əhəmiyyətsiz görsənir".
banner

Oxşar Xəbərlər