• cümə, 29 Mart, 19:42
  • Baku Bakı 14°C

Bahar Muradova: "Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllinə ciddi təsir imkanları var"

19.01.17 14:00 1460
Bahar Muradova: "Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllinə ciddi təsir imkanları var"
Milli Məclisin sədr müaviniBahar MuradovaRusiyanın xarici işlər naziri Sergey Lavrovun bir neçə gün əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikrilərə münasibət bildirib.
APA-nın məlumatına görə, B. Muradova jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanın xarici işlər naziri bu məsələ ilə bağlı mövqeyini açıq ifadə edib: "Mən o mövqeyi tam şəkildə bölüşürəm. Biz Dağlıq Qarabağ məsələsinin həlli üçün kimlərinsə müxtəlif mənalar ifadə edən fikirlərindən daha çox real hərəkət gözləyirik”.
O qeyd edib ki, Azərbaycanla dost və strateji tərəfdaş ölkə olan Rusiyanın bu məsələnin həllinə ciddi təsir etmək imkanları var: "Rusiyanın xarici işlər naziri bugünkü vəziyyətə adekvat olan açıqlama verməli idi. Düşünürəm ki,Elmar Məmmədyarovöz açıqlamasında bunu cavablandırıb”.
banner

Oxşar Xəbərlər