• cümə, 19 Aprel, 20:51
  • Baku Bakı 24°C

Bahar Muradova: “Əməkdaşlıq etdiyimiz qurumlar arasında Avropa təşkilatlarına xüsusi önəm veririk”

22.09.17 11:30 1159
Bahar Muradova: “Əməkdaşlıq etdiyimiz qurumlar arasında Avropa təşkilatlarına xüsusi önəm veririk”
"Azərbaycan beynəlxalq tərəfdaşlığa önəm verir. Ölkəmiz çox məsuliyyətli tərəfdaş olduğunu bütün sahələrdə sübut edib. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əməkdaşlığı dünyada sülh şəraitinin yaradılması, iqtisadi əlaqələrin genişləndirilməsi, təhlükələrə qarşı vahid mövqenin formalaşdırılması, lazımi qərarların əldə edilməsində mühüm əhəmiyyətə malikdir. Əməkdaşlıq etdiyimiz qurumlar arasında Avropa təşkilatlarına xüsusi önəm verilir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müaviniBahar Muradova"Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə "Şərq Tərəfdaşlığı" ölkələri parlamentlərinin cəlb edilməsi" mövzusunda Milli Məclisdə keçirilən konfransda deyib.
Dayanıqlı inkişafla bağlı vacib mövzunun müzakirəsi üçün Azərbaycanı seçdiklərinə görə tədbir təşkilatçılarına təşəkkürünü bildirən B. Muradova qeyd edib ki, bu sahədə niyyətlər, yeridilən siyasət əhəmiyyət kəsb etdiyi kimi, təcrübənin də əhəmiyyəti az deyil: "Bu baxımdan düşünürəm ki, həm təcrübələrin bölüşdürülməsi, dayanıqlı inkişafın daha yüksək səviyyədə olmasına əngəl törədən problemlərin araşdırılması və həlli yollarının tapılması üçün konfrans xüsusi əhəmiyyətə malik olacaq”.
Dayanıqlı inkişaf məqsədlərində gender bərabərliyinin mühüm amillərdən biri olduğunu söyləən Milli Məclisin sədr müavini hesab edir ki, "Şərq Tərəfdaşlığı” üzrə həyata keçirilən layihələr kimi, bu sahədə də əməkdaşlıq problemlərin həllinə öz töhfəsini verəcək: "Azərbaycanda bu istiqamətdə layihələr həyata keçirilir. Bu səviyyədə olan sağlam əməkdaşlıq məqsədlərimizin həyata keçirilməsində əsas yaradıb. Düşünürəm ki, Azərbaycanın bu sahədəki təcrübəsi sizin üçün də maraqlı olacaq. Azərbaycan neft ölkəsidir, burada təbii resurslar var. Lakin ölkəmizdə əsas resurs insan amilidir. Məhz bunu nəzərə alaraq bu sahədə bir sıra proqramlar həyata keçirilib və konkret nəticələrə malikik. Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dair dövlət başçısı tərəfindən mühüm addımlar atılıb. Belə ki, qadın, sahibkarlığı, gender bərabərliyi məsələsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Bununla bağlı mühüm qanunvericilik bazamız var və onun nəticələri də görünməkdədir. Bu baxımdan hesab edirəm ki, biz təcrübələrimizi bölüşə və problemləri həll edə bilərik”.
banner

Oxşar Xəbərlər