• şənbə, 20 Aprel, 13:33
  • Baku Bakı 23°C

Bahar Lətifqızı: “Məhəbbət Kazımov müdrik insan idi”

28.01.14 11:51 4157
Bahar Lətifqızı: “Məhəbbət Kazımov müdrik insan idi”
“Kaspi”-yə danışan sənətçi əməkdar artistin ölümünə inana bilmədiyini dedi: “Mən maşınla iş arxasınca gedirdim. Radioda eşitdim ki, Məhəbbət Kazımov dünyasını dəyişib. İnanmadın, zəng vurub məlumatın doğru olub-olmadığını öyrəndim. Özümə gələ bilmədim, maşın sürə-sürə ağlayırdım. Sonra evlərinə getdim. Onun hərəkətsiz bədənini görəndə isə özümü itirdim. Məhəbbət müəllimə mənim həm bir insan, həm də böyük sənətkar kimi böyük hörmətim var idi və elə də qalacaq. O insan əvəzolunmaz səs sahibi və müdrik insan idi. Axırıncı dəfə 4-5 gün öncə görüşmüşdük. Məni qucaqlayıb dedi ki, qızım əsas canının sağlamlığını qoru. Səsi qulağımdan hələ də getməyib. Allah rəhmət eləsin, ailəsinə və doğmalarına səbr versin. Balaları sağ olsun”.
Kaspi.az
banner

Oxşar Xəbərlər