• çərşənbə axşamı, 19 mart, 10:07
  • Baku Bakı 8°C

Bahar kitabları

16.04.18 11:30 2540
Bahar kitabları
Bu yaz nəşri gözlənilən debüt əsərlər artıq rəflərdə yerini alıb. "Guardian”ın ədəbiyyat redaktorları bu yaz oxucuları həyəcanlandırmağı hədəfləyən imzaları araşdırıb. Roman, siyasi nəsr, elmi hekayə, qrafik hekayə və digər janrlar üzrə iddialı yazarların geniş analiz edildiyi məqalənin orijinal versiyasını dərginin elektron səhifəsindən "Fresh voices” sərlövhəsi ilə axtara bilərsiniz. Biz isə sizə bu siyahını qısa formada təqdim edəcəyik.
Bu yaz bədii nəsrin iddialı əsərlərindən "Dostlarla söhbət”in ("Conversations with friends”) müəllifi Selli Runinin yeni romanı yüksək satış göstəriciləri vəd edir. İrlandiyalı gənc yazarın "dünyanın iddialı yeni imzaları” siyahısında Qay Qunaratne kimi video-reportyor-yazar rəqibi var. Bu janr üzrə uğurlu müəlliflər arasında kanadalı yazar Devid Çariandi, amerikalı Cessi Qrinqras və britaniyalı Eli Vilyamsın da adı çəkilir.
"Robot olmaq” ("To be a machine”) romanı ilə ötən ilin ən yaxşı "siyasi roman” yazarlarından biri kimi dəyərləndirilən Mark O’Konel bu il də elə həmin janr üzrə iddialı yazarlardandır. Əsərlərinin satışından həmişə gözlənilməz yüksək məbləğlər qazanan Vilyam Devis də bu siyahıdadır. Bu il debüt əsəri ilə britaniyalı yazar Reni Eddo-Locun performansı maraqla gözlənilir. Bu siyahıda Reninin həm rəfiqəsi, həm rəqibi Suzi Hansen də var.
Dünya poeziyasında bu il "ilin çoxsatılanı” siyahısına liderliyə zimbabveli şair Kayo Çinqonyi və Hannah Sullivanın debüt topluları iddialıdır. Bu siyahıda Riçard Osmond, Tara Bergin, Oşn Vunq kimi peşəkarlar da yer alıb.
Qrafik hekayə janrında bu il debüt əsərlər arasında diqqət çəkəni olmasa da, uğurlu müəlliflər siyahısında yer alanların hamısı demək olar ki, gənc nəslin nümayəndələridir – Kirsten Radke, Hamiş Stil, Nik Drnaso, Emil Ferris və s.
Ən yaxşı triller müəllifləri siyahısına isə ötən il "Təbiətin gücü” ("Force of nature”) romanı ilə dəfələrlə tirajlanan milyonlarla dollar gəlir götürən Ceyn Harper başçılıq edir. Bu siyahıda da Cozef Noks, Co İd, Sabri Lutah kimi uğurlu gənc yazarlar yer alıb.
banner

Oxşar Xəbərlər